Pakistanda partlayış: Ölənlər var

Pakistanda partlayış: Ölənlər var

Pakistanın cənubunda məsciddə partlayış törədilib, nəticədə 30-dan çox dindar ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayış Kəraçi əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.

S.S.

0
7