Moskva və Peterburqda silsilə partlayışlar törətməyi planlaşdıran 10 terrorçu saxlanılıb

Moskva və Peterburqda silsilə partlayışlar törətməyi planlaşdıran 10 terrorçu saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, silahlılar avtomat silahlardan və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə silsilə rezonanslı terror aktları törətməyi planlaşdırıblar.

Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.

Qruplaşma üzvlərinin hamısının Mərkəzi Asiya ölkələrin vətəndaşları olduğu bildirilir.

Əməliyyat Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.

Saxlanılanlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.

S.S.

0
4