Türkiyə prezidenti: Terrorçular öz istəklərinə çatmayacaqlar

Türkiyə prezidenti: Terrorçular öz istəklərinə çatmayacaqlar

“Bu torpaq üçün millət qan töküb. Onların qanını yerdə qoymayacağıq”.

Oxu.Az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçuları tərəfindən qətlə yetirilən Mardin vilayətinin Derik şəhərinin icra başçısı Məhəmməd Fatih Səfitürkün dəfn mərasimi zamanı çıxış edərkən deyib.

Türkiyə prezidenti vurğulayıb ki, bu hərəkətlərə yol verən terrorçular öz istəklərinə çatmayacaqlar.

S.S.



0
8