Azərbaycandan Rusiyaya 160 yük avtomobili buraxılıb

Azərbaycandan Rusiyaya 160 yük avtomobili buraxılıb

Gömrük buraxılış məntəqəsində sıxlıq davam edir.Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində sıxlıq davam edir.

Oxu.Az Reporta istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov son bir gün ərzində 160 yük avtomobiliт Rusiyaya buraxıldığını bildirib.

O, qeyd edib ki, hazırda gömrük buraxılış məntəqəsinin qarşısında 180 yük avtomobili gözləyir.

Rəis müavini bildirib ki, Rusiya tərəfi növbələrin azalması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, beş gündür, Azərbaycan-Rusiya sərhədində sıxlıq müşahidə olunur. Tıxac mövsümlə əlaqədardır.

S.S.



0
6