Ukrayna üçün Aİ ilə viza rejiminin ləğv edilməsinin 2017-ci ilə keçiriləcəyi proqnozlaşdırıldı

Ukrayna  üçün Aİ ilə viza rejiminin ləğv edilməsinin 2017-ci ilə keçiriləcəyi proqnozlaşdırıldı

Ukrayna və Gürcüstan vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejimin tətbiq edilməsi qərarı 2017-ci ilin fevral ayından öncə qəbul edilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Brüsseldəki müxbiri Rikard Yozvak Twitter hesabında yazıb.

“Vizasız rejim mexanizminin dayandırılmasına danışıqlar gələn həftə davam etdiriləcək. Ukrayna və Gürcüstan üçün viza rejiminin fakitiki qanunlaşdırılmasını fevral-mart ayından tez görəcəyimizi düşünmürəm”, - o, yazıb.

Noyabrın 9-da Ukrayna DİN-i Avropa ittifaqı ilə bu ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqinin təxirə salınmasının yolverilməz olduğuna dair bəyanat vermişdi.

“Kiyev Aİ-nin üzv ölkələrinin artıq yaxın günlərdə Ukrayna vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə qısamüddətli vizasız səfərlərə imkan yaradılması üçün əlavə səy göstərəcəyinə ümid edir”, - bunu Avropaya inteqrasiya məsələləri üzrə nazir müavini Yelena Zerkal bildirib.

N.O.

www.oxu.az

0
5