Dünya Bankı Azərbaycana dəstək göstərməyə hazırdır

Dünya Bankı Azərbaycana dəstək göstərməyə hazırdır

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makro iqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.


Palatadan Oxu.Az-a verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.


Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.


Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar da müzakirə edilib.

U.A.

0
7