® Ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış günü arxada qalıb

® Ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış günü arxada qalıb

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.

Artıq ilk qalib və medalçılar müəyyənləşib. Yeniyetmə qızların mübarizəsində Avropa birinciliklərinin ikiqat qalibi Səbinə Əzimova 149 kq (64+85) nəticə və 215.7 xalla qızıl medal qazanaraq mütləq çempion olub.

Qadınların yarışında Anastasiya İbrahimli 187 kq (83+104) nəticə və 218.1 xalla bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.

Sinkleyr cədvəli üzrə müəyyənləşən qalibləri Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov və Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov mükafatlandırıb.

Kubokun rəsmi açılış mərasimi keçiriləndən sonra kişilərin yarışında ilk qaliblər 50 kq çəki dərəcəsində müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda cəmi 1 kq fərqlə Həsənli İsa qalib gəlib. O, 164 kq (70+94) nəticə ilə çempionluğu bayram edib.

Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top. Sink.
1. Səbinə Əzimova Zirvə Lənkəran 2000 51.10 64 85 149 215.7
2. Hüseynzadə Fidan Zirvə Lənkəran 2001 63.50 61 75 136  
3. Rzazadə Lalə Zirvə Lənkəran 2001 57.50 58 78 146 179.8
4. Abdürrəhmanova Fidan Spartak Bakı 1999 83.50 48 60 108  
5. Fərəcova Şəfa Zirvə Lənkəran 2001 51.10 47 58 105  
6. Nəzərli Gülbəniz Zirvə Lənkəran 2002 46.80 45 52 97  
7. Muxtarlı Günel Zirvə Sumqayıt 2003 32.10 28 40 68  
8. İsmayılova Ləman Zirvə Sumqayıt 1999 53.50

Qadınlar

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top. Sink.
1. İbrahimli Anastasiya Zirvə Xırd 1993 70.30 83 104 187 218.1
2. İbrahimova Firuzə Zirvə Sum 1997 58.70 75 92 167 217.6
3. Abbasova Elnarə Zirvə Qazax 1997 61.10 70 93 163 206.7
4. Məhərrəmzadə Sevər Zirvə Lənkə   55.60 61 68 129 174.8
5. Əlizadə Gülçin Zirvə Qazax 1997 48.20 50 60 110 167.4
6. Siracova Şəbnəm Zirvə Xırd 1988 48.20 43 48 91 141.1
7. Məmmədova Xumar Zirvə Gor 1997 83.80 60 70 130 140.1

50 kq çəki dərəcəsi

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1. Həsənli İsa UGİM Lənk 2002 49.90 70 94 164
2. Alxasov Saleh Zirvə Lerik 2001 49.40 71 92 163
3. Heydərov Cavid Zirvə Neft 2002 49.90 70 85 155
4. Əliyev Murad Zirvə Sumq 2003 49.20 67 84 151
5. Xəlilov Xəyal Zirvə Gor 2002 49.70 61 73 134
6. Məmmədzadə Afərin Təhsil Lənk 2001 49.80 60 70 130
7. İbrahimov Sadiq Zirvə Neft 2000 46.50 58 68 126
8. Qasımov Rüstəm Təhsil Lənk 2002 49.90 74
9. Məhərrəmov Oruc Zirvə Gor 1999 49.90 70

0
17