Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq

Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq

17 noyabrda Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam, müəllim, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

17 noyabr 2016 – 18 yanvar 2017-ci il tarixlərində Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərginin keçirilməsi planlaşdırılır. Sərgidə Lətif Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi tərəfindən bu sərgi üçün 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim olunacaq.

Bununla yanaşı, noyabrın 17-də “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək.

A.S.

0
7