Azərbaycanda yeni avtovağzal kompleksi istifadəyə verildi – FOTO

Azərbaycanda yeni avtovağzal kompleksi istifadəyə verildi – FOTO

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Oxu.Az xəbər verir ki, dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib.

Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr edib.

U.A.

0
2