SOCAR-dan yanacaqdoldurma şəbəkəsini almaq üçün tenderə –TƏKLİF

SOCAR-dan yanacaqdoldurma şəbəkəsini almaq üçün tenderə –TƏKLİF

Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.”-ə məxsus yanacaqdoldurma məntəqəsi şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verib.

Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təklif verən şirkətlər arasında “Saudi Aramco”, SOCAR və “Koç Holding”in ortaq olduğu “OPET” var.

Yanacaq sata bilmək üçün Türkiyədə diler şəbəkəsinə ehtiyac duyan SOCAR ötən ay Petrol Ofisi üçün elan olunan tenderdə iştirak edəcəyini açıqlamışdı.

Xatırladaq ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini sərfəli şərtlərlə almaq niyyətində olduqlarını və ekspertlərin bununla bağlı iş apardıqlarını bildirmişdi.

Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb.

U.A.

0
6