NATO-nun Əfqanıstandakı bazasında partlayış: Ölənlər var

NATO-nun Əfqanıstandakı bazasında partlayış: Ölənlər var

Partlayış NATO-nun Əfqanıstandakı Baqram aviabazasında baş verib, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Kabulun yaxınlığında yerləşən bazada yerli vaxt ilə 05:30-da (Bakı vaxtı ilə 05:00) baş verib. Bu barədə NATO-nun Əfqanıstanda yerləşən “Qətiyyətli dəstək” missiyasının komandanlığından bildiriblər. Zərərçəkənlərin sayı bildirilmir, hadisə yerinə həkimlər cəlb edilib.

Baqram dairəsinin qubernatoru aviabazanın yeməkxanasının yaxınlığında baş verən partlayış zamanı ən azı üç nəfərin öldüyü, 13 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Baş verən hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib.

N.O.

0
4