Qızıl 42 dollardan çox ucuzlaşıb

Qızıl 42 dollardan çox ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,21% - 18 847,66 bəndədək artıb, S&P 500 0,14% - 2 164,45 bəndədək azalıb, NASDAQ 0,54% - 5 2037,11 bəndədək artıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,43% - 6 730,43 bəndədək azalıb, Almaniya DAX-ı 0,36% - 10 667,95 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,92% - 4 489,27 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 42,10 dollar ucuzlaşaraq 1 224,30 dollar, gümüş isə 1,37 dollar ucuzlaşaraq 17,37 dollara satılıb.

0
4