ABŞ-da atışma baş verib: Yaralananlar var

ABŞ-da atışma baş verib: Yaralananlar var

ABŞ-ın Aydaxo ştatında cinayətkarın axtarışı üzrə əməliyyat zamanı 3 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, polislən odlu silahların qeyri-qanuni istifadəsində şübhəli bilinən 33 yaşlı Marko Romeronu saxlamağa çalışıblar.

Saxlanılarkən şübhəli şəxs atəş açmağa başlayıb. Polislər cavab atəşi açmağa məcbur olub. Atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı və şübhəli şəxsin özü də yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

U.A.

0
2