DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – CƏDVƏL

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – CƏDVƏL

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriliəcək.


Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, turun ikinci günündə D, E və G qruplarında matçlar keçiriləcək. D qrupunun ilk 4 pilləsində qərarlaşan iddialılar bu turda münasibətlərini aydınlaşdıracaq. Avstriya İrlandiyanı, Uels isə Serbiyanı sınağa çəkəcək. Hər iki qarşılaşmada öndə qərarlaşan komanda səfərdə oynayacaq.


J qrupunun mərkəzi matçı Albaniyada baş tutacaq. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandası İsraili sınağa çəkəcək. Liderlər İspaniya ilə İtaliyanın nisbətən asan sınağa çıxdığı turda Albaniya 3-cü pillədə möhkəmlənmək üçün vuruşacaq.


Günün ən maraqlı oyunlarından biri İ qrupunda baş tutacaq. 7 xalla şərikli liderlik edən Xorvatiya ilə İslandiya balkanlıların meydanında görüşəcək. Qonşu Türkiyə yığması üçün isə ilk qələbəni qazanmaq imkanı yaranıb. “Ay-ulduzlular” seçmə mərhələnin debütantı Kosovonu məğlub etməklə durumunu yaxşılaşdırmağa iddialıdı.


DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası


12 noyabr


D qrupu

21:00. Gürcüstan – Moldova

21:00. Avstriya – İrlandiya

23:45. Uels – Serbiya

G qrupu

23:45. Lixtenşteyn - İtaliya

23:45. Albaniya - İsrail

23:45. İspaniya - Makedoniya

I qrupu

21:00. Türkiyə - Kosovo

21:00. Xorvatiya – İslandiya

23:45. Ukrayna – Finlandiya

U.A.

0
7