Kənan Doğulu polis nəzarətinə götürüldü

Kənan Doğulu polis nəzarətinə götürüldü

Gecə həyat yoldaşı, aktrisa Beren Saatla sükan arxasında ikən polislər tərəfindən saxlanılan müğənni Kənan Doğulu nəzarət altına alınıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerində jurnalistləri görən məşhurlar şok olublar.

Jurnalistlərdən birinin "İçmisiniz?" sualına Kənan "Bir bardaq pivə içdim, gözləyək, görək, nə olacaq", - deyə cavab verib.

K.Doğulunun bütün sənədləri yoxlanılıb. Onun 42 promil içki qəbul etdiyi sübut olunub, amma qaydaları pozmadığı üçün evinə yola salınıb.

0
4