İŞİD-dən AKP-yə qarşı çağırış: Öldürün!

İŞİD-dən AKP-yə qarşı çağırış: Öldürün!

İŞİD terror təşkilatı 8 dildə nəşr etdiyi jurnalda Türkiyədəki üzvlərinə çağırış edib.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, terror təşkilatı AKP-yə və partiyanı dəstəkləyənlərə qarşı terror törətməyi əmr edib. Çağırış İŞİD-in “Rumiyah” jurnalında dərc olunub. İŞİD-in Diyarbakırda törətdiyi terror aktının fotosu isə jurnalın üz qapağı olub.

Jurnalda dərc olunan çağırışda qeyd edilir ki, bu, İŞİD lideri Bağdadinin əmridir: “APK-çiləri öldürün! Ərdoğana dəstək verən hər kəsə, eləcə də, hakimlərə, dövlət məmurlarına qarşı cihad edin. Türk əsgərləri üstümüzə gəlir”.

0
6