ABŞ-da xəstəxanaya hücum: 7 yaralı

ABŞ-da xəstəxanaya hücum: 7 yaralı

ABŞ-ın Homsted şəhərində (Pensilvaniya ştatı) naməlum şəxs psixiatrik xəstəxanaya hücum edərək 7 nəfəri bıçaqlayıb.

APA-nın “AP” agentliiynə istinadən verdiyi xəbərə görə, polis cinayətkarı zərərsizləşdirmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıb.

Hücumu törədən kişinin yaralandığı bildirilir. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Hazırda cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.  

0
5