DÇ-2018: Millimiz böyük hesabla uduzdu

DÇ-2018: Millimiz böyük hesabla uduzdu

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisi də növbəti matçını keçirib.

Yığmamızın rəqibi Şimali İrlandiya olub. Millimizin ardıcıl ikinci, tsikldə isə üçüncü səfər oyunu fiasko ilə nəticələnib. Mərhələyə uğurla start verən və 3 qarşılaşmadan sonra 7 xal toplayan komandamız səfərdən 0:4 hesablı darmadağınla dönüb.

Oyunboyu zəif təsir bağışlayan Robert Prosineçkinin yetirmələri hər hissədə iki qol buraxaraq, uğurun davamını gətirə bilməyib.

DÇ-2018-in seçmə mərhələsi

IV tur

11 noyabr

C qrupu

Şimali İrlandiya – Azərbaycan - 4:0

Qollar: Lafferti, 28, Makoli, 40, Maklafin, 67, Brant, 83

0
7