Varşavada Ukrayna bayrağı yandırıldı

Varşavada Ukrayna bayrağı yandırıldı

Varşavada Polşanın Müstəqillik günü münasibətilə keçirilən yürüşdə yerli millətçilər Ukraynanın bayrağını yandırıb.

APA-nın “Qazeta polska” saytına istinadən verdiyi xəbərə görə, ənənəvi keçirilən İstiqlal yürüşündə ümumilikdə 75 min nəfər iştirak edib.

2016-cı ilin iyununda Polşa parlamentinin aşağı palatası 1943-1944-cü illərdə Volın vilayətində  “Ukrayna Millətçiləri Təşkilatı” və “Ukrayna Üsyançı Ordusu” təşkilatlarının polşalılara qarşı törətdikləri cinayətləri soyqırımı adlandırıb.

Ukrayna Ali Radası, öz növbəsində, Polşa Seyminin qərarını pisləyib.

0
5