Rövnəq Abdullayev Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

Rövnəq Abdullayev Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və

digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də “Vindzor Park” stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.

R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.

Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.

S.B.

0
5