Saakaşvili Poroşenkonun təklifindən danışdı

Saakaşvili Poroşenkonun təklifindən danışdı

Ukraynanın Odessa vilayətinin sabiq rəhbəri Mixail Saakaşvili bəyan edib ki, daha öncə Ukrayna prezidenti Petr Poroşenko ona baş nazir vəzifəsini təklif edib.

Oxu.Az bu barədə RT-yə istinadən xəbər verir.

“Poroşenko mənə açıq şəkildə baş nazir və onun partiyasının lideri vəzifəsini, eləcə də bir çox şey təklif edib. Baş nazir olsaydım, nə olacaqdı? Mən hansısa Qonçarenkodan (“Petr Poroşenko Bloku”nun sədr müavini) mənim qanunuma səs verməyini istəyəcəkdim? Qonçarenko kimilərdən orada 400 dənədi”, - “Ukrainski Novini” Saakaşvilinin “Korrespondent” jurnalına verdiyi müsahibəsindən sitat gətirir.

Noyabrın 10-da Ukrayna prezidenti Petr Poroşenko Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru vəzifəsindən azad edib.

N.O.

www.oxu.az

0
4