Azərbaycanda turistlər üçün bank xəritəsi hazırlanıb

Azərbaycanda turistlər üçün bank xəritəsi hazırlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə hazırlanıb.

Oxu.Az-a Palatadan verilən məlumata görə, ingilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə dizayn edilib. Xəritədə həftəsonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunub.

Sözügedən xəritə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkə mehmanxanalarına paylanılıb.

Xəritənin elektron versiyası isə Palatanın rəsmi internet səhifəsində yerləşdirilib. (link: http://fimsa.az/pages/369).

U.A.

0
8