Efirdə ağlayan məşhurlar – SİYAHI

Efirdə ağlayan məşhurlar – SİYAHI

Sənət aləminin tanınmış simaları hər zaman efirdə mahnı oxuyub, oynayan yerdə görünür. Amma tamaşaçılar bəzi hallarda onların kövrəlib ağladığının da şahidi olurlar.

Oxu.Az Axşam.az-a istinadla efirdə ağlayan tanınmışların siyahısını təqdim edir:

Xalq artisti Aygün Kazımova bir müddət əvvəl “Həyat tərzi” verilişində göz yaşlarını saxlaya bilməyib. Müğənni həyatı ilə bağlı hazırlanan süjeti izləyib, ağlayıb.

Xalq artisti Məleykə Əsədova atasının ad günündə dünyasını dəyişdiyini danışıb, ağlayıb.

Əməkdar artist Naibə Allahverdiyeva verilişlərin birində şeir söyləyib və ağlayıb.

Müğənni Fədayə Laçın bir dəfə proqramda atasız böyüdüyündən danışıb, kövrəlib.

Müğənni Sevda Sanalıyeva anasının ölümünü xatırlayıb, ağlayıb. O, “Allah anamı alıb, mənə övlad verdi” deyib.

Rəqqasə Fatimə Fətəliyeva da efirdə göz yaşlarını saxlaya bilməyən tanınmışlardan olub. Ərəb rəqsi oynadığına görə hələ də utandığını deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

A.S.

0
7