OPEK-dən Azərbaycanın neft hasilatı ilə əlaqədar bəyanat

OPEK-dən Azərbaycanın neft hasilatı ilə əlaqədar bəyanat

2016-cı ildə Azərbaycan və Rusiyada neft hasilatı artdığı bir vaxtda, “Kaşaqan” yatağının erkən istismara verilməsinə baxmayaraq Qazaxıstanda, o cümlədən MDB-də istehsal azalacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə OPEK-in noyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə deyilir ki, 2016-cı ildə MDB ölkələri sutkalıq neft tədarükünü 0,16 milyon barel artıraraq 13,85 milyon barelə çatdıracaq. Beləliklə, bu, əvvəlki hesabatda əksini tapan rəqəmdən sutkalıq 15 min barel çoxdur.

OPEK bildirir ki, avqustda Azərbaycanda gündəlik xam neft hasilatı iyuldakı göstərici ilə müqayisədə 40 min barel azalaraq 0,77 milyon barelə enib.

Kartelin proqnozuna əsasən, yaxın aylar ərzində Dərinsulu Günəşli platformasında aparılan texniki işlərin davam etməsi hasilatın artmasına səbəb olacaq.

Hesabatda deyilir ki, gələn il Azərbaycanda orta sutkalıq neft hasilatı 30 min barel azalaraq 840 min barel təşkil edəcək.

U.A.

0
4