Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar edilib

Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar edilib

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər. Həbsxanada 961 məhbus saxlanılır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

“Həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib. Həbsxanada 961 nəfər olub. Onların hamısı süni, əksəriyyəti isə İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir”, - məlumatda deyilir.

“1x5 metr ölçüsü olan kameralardakı insanlara işgəncə verilmişdir”, - bəyanatda deyilir.

N.O.

www.oxu.az

0
5