“Samsung” “Add Wash” paltaryuyan maşını hər zaman əlavə üçün açıqdır

“Samsung” “Add Wash” paltaryuyan maşını hər zaman əlavə üçün açıqdır

Heç bir evdar xanıma yuma başladıqdan sonra paltaryuyana kiçik corabı əlavə etməyi unutması hissi və məyusluğu yad deyil.

“Samsung” şirkəti bu problemin yeni “Add Wash” paltaryuyanını hazırlayaraq həll edib. İndi yuma zamanı paltarları maşına əlavə etmək mümkündür. “Add Wash” paltaryuyan maşınlar xətti xüsusi kiçik qapı ilə təchiz olunub ki, onun vasitəsilə yumanın istənilən mərhələsində maşına paltar əlavə etmək olar.

Bunun üçün sadəcə yumanı dayandırmaq, qapını açmaq, unutduğunuz paltarı əlavə etmək və yumağa davam etmək lazımdır. “Add Wash” paltaryuyan maşınları ilə yuma inanılmaz dərəcədə sadə və rahat olub.

Qeyd edək ki, noyabrın 1-dən 12-dək “Samsung” paltaryuyan maşın, tozsoran və mikrodalğalı soba qazana biləcəyiniz aksiya keçirir.

Aksiyada iştirak edən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hədiyyələrin oynanılması zamanı iştirakçıların tədbirdə iştirakı mütləqdir. İştirakçı hədiyyə qazandığı zaman tədbirdə iştirak etmirsə, nəticə sıfırlanacaq və növbəti iştirakçı təsadüfi yolla qalib seçiləcək.

Bütün iştirak etmək istəyənləri saat 16:00-da “28 Mall” ticarət mərkəzinin birinci mərtəbəsində gözləyirik.

U.A.

0
5