Yol Polisindən sürücülərə qarşı milyonluq cərimə

Yol Polisindən sürücülərə qarşı milyonluq cərimə

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5% çox inzibati xəta aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, xətaların 51,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7%-i dayanma və ya durma qaydalarının pozulması, 4,5%-i yolayrıcını keçmə, 4,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblərlə əlaqədardır.

Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilib.

U.A.

0
3