KİV: Fransa prezidentinə qarşı impiçment hazırlanır

KİV: Fransa prezidentinə qarşı impiçment hazırlanır

Fransanın icra hakimiyyətinin nümayəndələri noyabrın 10-da prezident Fransua Ollandın impiçmenti haqqında qətnamənin layihəsini alıblar.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.

“Le Monde” nəşrinin məlumatına görə, layihənin müəllifləri “Respublika”çılardır, sənədi 79 deputat imzalayıb.

Sənəddə qeyd edilir ki, sənədin meydana gəlməsinə səbəb Olland tərəfindən “dövlət sirrinin qorunması sahəsində səlahiyyətlərinin kobud şəkildə pozulmasıdır”. Söhbət onun “Prezident bunu deməməlidir...” kitabındakı ifadələrdən gedir. Burada Fransa rəhbəri ilə 61 müsahibə dərc edilib.

N.O.

www.oxu.az

0
5