Milli Məclisdə qalmaqal

Milli Məclisdə qalmaqal

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə olub.

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, buna səbəb Zahid Orucun ümumi müzakirələrdə çıxış üçün yazılmaq istəməsidir.

Spiker ona irad tutaraq “Deputatlar çıxışlara öncədən yazılıblar, siz hövsələsizlik edirsiniz”, - deyib.

Buna baxmayaraq, müzakirələrdə Z.Oruca söz verilib. Deputat ABŞ-da keçirilən seçkilərə münasibət bildirib və çıxışının sonunda spikerə xitabən:

“Hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi”, - deyib.

O.Əsədovun cavabı gecikməyib:

“Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım”.

Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyə cavab verib.

E.Ə.

0
8