Türkiyə İŞİD və kürdlərin müdafiə qüvvələrinin 65 obyektini məhv edib

Türkiyə İŞİD və kürdlərin müdafiə qüvvələrinin 65 obyektini məhv edib

Türkiyə ordusu Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatının gedişatında ötən sutka ərzində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 52 və Suriya kürdlərinin müdafiə qüvvələrinin 13 obyektinə zərbələr endirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərargahının məlumatında deyilir.

“Bizim Silahlı Qüvvələr İŞİD-in 52 və Suriya kürdlərinin Demokratik İttifaq Partiyasının – Kürdistan Fəhlə Partiyasının 13 hədəfini məhv edib. “Azad Suriya Ordusu” Əl-Rai rayonunda İŞİD-in göstərdiyi müqavimət üzündən irəliləyə bilmirdi. Döyüşlər zamanı müxalif ordunun 8 döyüşçüsü ölüb və 7 döyüşçü isə yaralanıb, türk hərbçiləri arasında itki yoxdur”, - məlumatda deyilir.

Qeyd edilir ki, əməliyyatın başlanmasından indiyə qədər 1510 kvadratkilometr sahədə yerləşən 187 yaşayış məntəqəsi azad edilib. Türkiyənin Baş qərargahı, həmçinin koalisiyanın HHQ keçirdiyi hava əməliyyatlarından da danışıb, bu əməliyyatlar zamanı zenit batareyası, nəqliyyat vasitəsi və İŞİD-in atəş mövqeyi məhv edilib.

N.O.

www.oxu.az

0
5