Deputat: Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilmir

Deputat: Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilmir

“Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir”. Milli Məclisin iclasında cari məsələlər müzakirə olunub.

APA-ya istinadən xəbər verir ki, Fazil Mustafa vətəndaşların müraciətini parlament rəhbərinin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır:

“Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz.

Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.

U.A.

0
6