Azərbaycanda sürücülük vəsiqəsində mühüm yenilik gözlənilir

Azərbaycanda sürücülük vəsiqəsində mühüm yenilik gözlənilir

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində növbəti dəyişiklik olacaq.

Oxu.Az xəbər verir ki, Fins.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliyə görə, bundan sonra vətəndaşlara sürücülük vəsiqəsi veriləndə onun avtomat, yoxsa mexaniki transmissiyalı maşınlar üçün olduğu göstəriləcək.

Başqa sözlə, indiki sürücülük vəsiqəsi ilə həm avtomat, həm də mexaniki sürət qutusu olan maşınları idarə etmək olar.

Dəyişikliklərdən sonra isə bu qayda dəyişəcək – vətəndaş hansı növ avtomobili istəsə, həmin növ üzrə sürücülük vəsiqəsi olacaq. Amma mexaniki sürət qutusu ilə bağlı vəsiqə alanlar həm də avtomat qutulu avtomobilləri idarə edə biləcəklər. Dəyişikliklərə imtahan götürülən avtomobillərə videokamera qoyulması da əksini tapıb.

E.Ə.

0
10