Türkiyə prezidenti Belarusa yola düşüb

Türkiyə prezidenti Belarusa yola düşüb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Minskə səfərə yola düşüb

Oxu.Az bu barədə Anadolu agentıiyinə istinadən xəbər verir.

Ankarada “Esenboğa” aeroportunda dövlət başçısını Ankaranın qubernatoru Ercan Topca və digər rəsmi şəxslər yola salıb.

Rəcəb Tayib Ərdoğanı baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mevlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticaret naziri Bülent Tüfenkci müşayiət edirlər.

Türk liderinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarında regional proseslər, ikitərəfli münasibətlərin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.

Bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

R.Ərdoğan Türkiyənin Minskdə Dini fondunun dəstəyi ilə inşa edilən məscidin açılışında iştirak edəcək.

N.O.

0
4