Nazir müavini: Azərbaycanda sığortalanmayan işçi qalmayıb

Nazir müavini: Azərbaycanda sığortalanmayan işçi qalmayıb

“Azərbaycanda işləyənlər arasında sığortalanmayan işçi qalmayıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bilirib ki, prezidentin müvafiq tapşırığı ilə müəssisələrdə yoxlamalar dayandırılıb. Ona görə bununla bağlı nazirlik şirkətlərdə yoxlamaları dayandırılıb: “Amma sığorta şirkətlərinin hesabatlarına əsasən, demək olar ki, sıgortasız işçi yoxdur”.

Xatırladaq ki, qanunvericiliyə əsasən, ölkədəki bütün şirkət, idarə və təşkilatlarda çalışan işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən əmək qabiliyyətinin itirilməsindən sığortalanmalıdır. Bu məsələyə adıçəkilən nazirlik nəzarət etməlidir.

U.A.

0
4