Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb – FOTO

Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb – FOTO

200-ə yaxın yük maşını sərhədi keçə bilmir.Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən “Samur” gömrük buraxılış məntəqəsində tıxac yaranıb.

Oxu.Az xəbər verir ki, bunu “Report”un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin “Samur” buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.

Rəis müavininin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: “Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb.

Hazırda “Samur” gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən “TIR”-ların sayı 200-ə çatıb”.

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: “Təqribən bir saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq”.

U.A.

0
4