Türkiyədə rayon administrasiyasının rəhbəri sui-qəsddən sonra öldü

Türkiyədə rayon administrasiyasının rəhbəri sui-qəsddən sonra öldü

Türkiyənin Mardin vilayətinin Derik rayon administrasiyasının rəhbəri Məhəmməd Fatih Safitürk sui-qəsddən sonra dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Safitürk aldığı yaralardan Qaziantep şəhərinin xəstəxanasında ölüb.

Noyabrın 10-da Derik rayon administrasiyasının binasında olan Safitürkə əldəqayırma partlayıcı quğu vasitəsilə qəsd olub. Nəticədə Safitürk də daxil olmaqla üç nəfər yaralanıb. Hücumda Türkiyədə qadağan edilmiş Kürdistan Fəhlə Partiyasının üzvləri şübhəli bilinir.

Safitürk Derik rayon administrasiyasının sabiq rəhbərinin Türkiyədə iyul ayında çevrilişə cəhddən sonra elan edilən FV rejimində türk hakimiyyəti tərəfindən vəzifəsindən kənarlaşdırıldıqdan sonra rayon administrasiyasına rəhbər təyin edilib.

N.O.

www.oxu.az

0
3