Bakıda minik avtomobili qatarla toqquşub: Ölən var

Bakıda minik avtomobili qatarla toqquşub: Ölən var

Bakıda minik avtomobili yük qatarı ilə toqquşub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi “VAZ-21074” markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb.

Sürücü V.Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

E.Ə.

0
7