“CinemaPlus” Dövlət Bayrağı Gününü qeyri-adi qeyd edib – FOTO

“CinemaPlus” Dövlət Bayrağı Gününü qeyri-adi qeyd edib – FOTO

Noyabrın 9-da “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyri-adi qeyd edib.

Oxu.Az xəbər verir ki, kinoteatrın işçiləri milli geyimdə, bayraqlar ilə milli melodiyaların nağarada ifa edən müsiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində, “28 Mall” və “Ganjlik Mall”da gəziblər. Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qoşulublar, xatirə şəkilləri və selfi çəkdiriblər.

Möhtəşəm yürüş Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

A.S.

0
5