“Mitsubishi Azərbaycan” fəaliyyətinin 10 illiyini qeyd edir: Sərfəli satış və servis kampaniyaları i

“Mitsubishi Azərbaycan” fəaliyyətinin 10 illiyini qeyd edir: Sərfəli satış və servis kampaniyaları i

Ölkəmizdə 10 ildir fəaliyyət göstərən “Mitsubishi Azərbaycan” yubileyini qeyd edir.

Avtomobillərinin yüksək keyfiyyət standartları, komfortu və etibarlılığı, eləcə də texniki xidmətinin səviyyəsi ilə “Mitsubishi” qısa zaman ərzində böyük rəğbət qazanmağa nail olub.

Hazırda “Mitsubishi” alıcıların seçim zamanı tez-tez üstünlük verdiyi avtomobil markalarından biri hesab olunur.

Bu diqqəti hər zaman dəyərləndirən brend 10 illiyi ilə əlaqədar olaraq yeni sərfəli satış və servis kampaniyalarına start verərək öz yubileyini müştərilər ilə birgə qeyd etmək niyyətindədir.

Belə ki, indi müştərinin “Mitsubishi”dən istənilən avtomobili seçməklə onu daha münasib qiymətə əldə etmək şansı var. Hazırda “Mitsubishi Azərbaycan” seçilən modeldən asılı olaraq alıcıya 5500 AZN-ə qədər qənaət etmək imkanı verir.

Yubiley kampaniyasında texniki xidmət də iştirak edir. Servisin xüsusi təklifləri çərçivəsində “Mitsubishi” sahiblərinə elektron diaqnostika və hərəkət hissəsinin diaqnostikası hədiyyə olunur.

Bununla bərabər, xidmət haqqı və ehtiyat hissələrinə də 15% endirimdən faydalanmaq fürsəti verilir. Qeyd edək ki, servisin yubiley kampaniyası noyabrın 30-dək keçirilir və buraya kuzovun təmiri də daxildir.

“Mitsubishi Azərbaycan”ın Bakı şəhərində 3 dileri və həmçinin Gəncə şəhərində dileri fəaliyyət göstərir. Kampaniyalar haqqında ətraflı məlumatı brendin saytından əldə etmək mümkündür:

www.mitsubishi-motors.az

0
5