Azərbaycan millisinə matç öncəsi ağır itki

Azərbaycan millisinə matç öncəsi ağır itki

Futbol üzrə Azərbaycan millisi və “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.

Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib:

“Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, o, gələn həftədən müalicəyə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq”.

E.Ə.

0
5