Bu gün Azərbaycan yığması Şimali İrlandiya ilə qarşılaşacaq

Bu gün Azərbaycan yığması Şimali İrlandiya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir.

Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.

Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da Dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.

Dünya çempionatı, Təsnifat mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. “Windsor Park” stadionu

E.Ə.

0
16