Yaponiyada daha bir nəfər edam edildi

Yaponiyada daha bir nəfər edam edildi

Yaponiyada edam hökmü icra olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kenyiti Tadziri iki nəfəri qarət edərək qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum olunmuşdur.

Yaponiyada sonuncu dəfə edam hökmü martda icra olunub. Sindzo Abenin baş nazir vəzifəsində çalışdığı dövrdə (2012-ci ilin dekabrından-red.) bu sayca 10-cu edamdır. Ümumilikdə isə, dörd il ərzində 17 nəfər edam edilib.  

Yaponiyada hazırda 130 nəfər ölüm hökmünün icrasını gözləyir. Bu ölkədə edam asılma yolu ilə icra edilir.  

0
5