Tramp İranla nüvə razılaşmasını ləğv edə bilər

Tramp İranla nüvə razılaşmasını ləğv edə bilər

ABŞ Dövlət Departamenti Donald Tramp administrasiyasının İranla imzalanmış nüvə razılaşmasını ləğv edəcəyi və ya yenidən baxacağının mümkünlüyünü istisna etməyib.  

“Hər şey mümkündü”, - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner  müvafiq suala cavabında bildirib.

Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniyası dövründə bu sazişə görə dəfələrlə Barak Obama administrasiyasını tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib.  

0
6