Poroşenko Lukaşenkodan üzr istədi

Poroşenko Lukaşenkodan üzr istədi

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevə qaytarılmış “Belavia” təyyarəsi ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib.  

Telefon danışığı zamanı  Poroşenko belaruslu həmkarına baş verənlərə görə günahı olan şəxslərin cəzalandırıldığını bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Ukrayna tərəfi “Belavia” aviaşirkətinə məxsus təyyarəni “Jülyanı” aeroportuna qaytarıb. Məlumata görə, aeroporta qayıtmaq əmri verilərkən ekipaja hədə-qorxu gəlinib. Ekipajın əmrə tabe olmayacağı təqdirdə qırıcı təyyarələrin havaya qaldırılacağı bildirilib. Təyyarə aeroporta döndükdən sonra  ukraynalı polislər onun göyərtəsində olan “Vətəndaş birliyi” ictimai təşkilatın idarə heyətinin sədri Armen Martirosyanı saxlayıblar.   O, bir müddət sonra  sərbəst buraxılıb.  

0
5