57 minlik ayaqqabının sahibi bəlli oldu

57 minlik ayaqqabının sahibi bəlli oldu İstanbulda keçirilən ayaqqabı sərgisində 57 min türk lirəsi qiymətində (təxminən 30000 AZN) satılan ayaqqabının kim tərəfindən alındığı bəlli olub.     Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, brilliant, inci və svarovski ilə bəzədilən həmin ayaqqabıları müğənni Sibel Canın aldığı bildirilir. Belə ki, bahalı geyimləri sevən ifaçı bir müddət əvvəl də 45 min türk lirəsinə (təxminən 25 min AZN) özünə qırmızı kürk alıb və onun şəklini çəkərək İnstaqram səhifəsində paylaşıb. 
0
5