Taliblər Əfqanıstanda Almaniyanın konsulluğuna hücum ediblər

Taliblər Əfqanıstanda Almaniyanın konsulluğuna hücum ediblər

“Taliban” silahlıları Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücum ediblər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması nəticəsində bir nəfər ölüb, daha 29 nəfər yaralanıb.

“Terrorçu-kamikadze minalanmış avtomobillə Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğunun binasına çırpılıb”, - yerli polis rəsi Səid Kamal Sadat deyib.

Yaralılar arasında xarici vətəndaşların olması barədə məlumat yoxdur.

S.B.

0
5