Ermənistanda hərbi komissar rüşvət alarkən tutuldu

Ermənistanda hərbi komissar rüşvət alarkən tutuldu

Noyabrın 10-da Ermənistanın Şirak vilayəti Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.

APA-nın  “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyanın məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi mayor Artyom Marqaryan rüşvət alarkən  saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0
4