Ruslar Ermənistana daxili pasportla gedə biləcəklər

Ruslar Ermənistana daxili pasportla gedə biləcəklər

Rusiya vətəndaşları ən yaxın zamanda Ermənistana daxili pasport ilə gedə biləcəklər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federasiya Şurasının üzvü Nikolay Rıjkov ilə görüşdə Ermənistanın baş naziri Karen Karapetyan məlumat verib.

“Yaxın günlərdə Rusiya vətəndaşlarının öz daxili pasportları ilə Ermənistana səfər etmələrinə imkan verən qərar qəbul olunacaq”, - deyə o qeyd edib.

Baş nazirin sözlərinə görə, bu, turizmin inkişafına təkan verəcək.

S.B.

0
6