Sabah Bakının 4 rayonu qazsız qalacaq - YENİLƏNİB

Sabah Bakının 4 rayonu qazsız qalacaq - YENİLƏNİB

“Azəriqaz” məlumat yaydı.

Sabah Bakıda və Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə əlaqədar aprelin 27-də saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun Atatürk prospekti ərazisində, Sabunçu rayonunun Pirşağı, Nardaran və Kürdəxanı qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai rayonunun Gəncə prospekti, M.Hadi küçəsi və Zığ yolu ərazisində, həmçinin Abşeron rayonunun Xırdalan və Mehdiabad qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

17:28

Aprelin 27-də saat 10:00-dan 17:00-dək Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. 

Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.

“Təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq”.

“Azəriqaz”-dan qeyd ediblər ki, aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

0
15