Tramp Obama ilə görüşmək üçün Ağ Evə gəlib

Tramp Obama ilə görüşmək üçün Ağ Evə gəlib

ABŞ-da prezident seçkilərinin qalibi respublikaçı Donald Tramp prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona gəlib.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Ağ Evdə hökumətin təhvil verilməsi məsələləri müzakirə ediləcək.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Barak Obama ilə Donald Trampın görüşünün kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

S.B.

0
7